Kanada Azərbaycanın notasına cavab verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |    

Kanada Azərbaycanın notasına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kanada parlamentində Dağlıq Qarabağdakı erməni separatçı rejimi ilə dostluq qrupunun yaradılması barədə məlumata münasibət bildirib.

Nazirliyin mətbuat katibi Leyla Abdullayeva "Report"un sorğusuna cavab olaraq deyib ki, dostluq qrupunun yaradılması ilə bağlı informasiya həqiqəti əks etdirmir.

"Bu yaxınlarda Kanadada fəaliyyət göstərən Milli Erməni Komitəsinin sosial şəbəkələrdəki hesablarında Kanada parlamentində "Artsax xalqının parlament dostları" adlı dostluq qrupunun yaradılması ilə bağlı məlumat paylaşılıb. Belə bir qrupun yaradılması barədə məlumat nə dərəcədə doğrudur? XİN tərəfindən bu xüsusda hansı tədbirlər görülüb" sualına Azərbaycan XİN-in rəsmisi belə cavab verib: "Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Sorğu etdiyiniz "dostluq qrupu”nun yaradılması erməni tərəfinin yaydığı növbəti həqiqətə uyğun olmayan məlumatdır. Məsələ ölkəmizin Kanadadakı səfirliyi, həmçinin Kanadanın ölkəmizdə məsul səfirliyi ilə Ankaradakı diplomatik nümayəndəliyimiz vasitəsilə araşdırılıb.

Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olan notada sözügedən parlament qrupunun dostluq qrupları siyahısında mövcud olmadığı qeyd olunub. Kanada tərəfi, ümumiyyətlə, dostluq qruplarına ölkə parlamentinin heç bir inzibati və ya maliyyə dəstəyi vermədiyi, bu qrupların bəyanat və fəaliyyətlərinin Kanada hökumətini təmsil etmədiyini bildirilib.

Vurğulamaq istərdik ki, Kanadanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişilməzdir və bu barədə Kanada tərəfinin XİN-ə ünvanlandığı notada açıq şəkildə qeyd olunur. Belə ki, Kanada beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, qondarma "Dağlıq Qarabağ Respublikası" və ya onun rəsmilərini tanımadığını, habelə münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun səylərinə dəstək verdiyini notasında növbəti dəfə bəyan edib.

Bu hal bir daha onu göstərir ki, erməni tərəfinin, ilk növbədə, öz əhalisini aldatmağa yönəlmiş saxta xəbərlər kampaniyasından beynəlxalq ictimaiyyət artıq təngə gəlib".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 282 16.04.19 20:07