Şimşək çaxacaq, dolu düşəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Şimşək çaxacaq, dolu düşəcək

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Səhər duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 17-si günün ikinci yarısından aprelin 19-dək Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 115 16.04.19 14:31