Bakıda axundu qarət etdilər - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |    

Bakıda axundu qarət etdilər - FOTO

Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də, 500 ABŞ dollarının oğurlandığını qeyd edib. Oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib.

Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməlinə görə polislər tərəfindən saxlanılaraq üç ay müddətinə inzibati qaydada həbs olunduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 353 16.04.19 14:06