Abşeronda bacanağını öldürən şəxs 9 il cəza alıb » Median.Az News Agency


Abşeronda bacanağını öldürən şəxs 9 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Şahin Qasımovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən ilin iyul ayında Saray qəsəbəsində Şahin Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşfiq Abbasovu bıçaqlayıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, lakin həkimlərin göstərdikləri tibbi yardıma baxmayaraq o vəfat edib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilib. O, bacanağını namus üstə öldürdüyünü etiraf edib: "Qızım boşanmışdı, ata evində qalırdı. Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu bıçaqla vurdum".

Məhkəmənin hökmü ilə Ş.Qasımov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          723 15.04.19 18:56