Gürcüstan ermənilərindən dövlət dilini öyrənmələri tələb olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Gürcüstan ermənilərindən dövlət dilini öyrənmələri tələb olundu

Gürcüstan prezidenti Salome Zurabişvili Ana dili günü münasibətilə cənub bölgəsində yerləşən Axalkalaki şəhərinə baş çəkib. Adı çəkilən şəhərdə etnik ermənilər kompakt şəkildə yaşayır.

“Novosti-Qruziya”nın yazdığına görə, Zurabişvili Mədəniyyət evinin fasadında gürcü əlifbasının hərflərindən ibarət pannonun (divarın, tavanın naxış və ya şəkillə bəzənmiş səthi - red.) açılışında iştirak edib, yerli sakinlərlə görüşüb.

Vətəndaşlara müraciətində Zurabişvili dövlət dilini mükəmməl səviyyədə bilməyin vacibliyindən söz açıb.

Məlum olduğu kimi, Axalkalaki əhalisinin 85 faizi ermənilərdən ibarətdir və çoxları dövlət dilini məişət səviyyəsində bilir, habelə gürcü dilində ümumiyyətlə danışa bilməyən sakinlər də var.

O hər bir Axalkalaki sakininin gürcü dilini ən azından vətəndaşlıq almaq üçün imtahan verən xaricinin dil bilgisi səviyyəsində bilməli olduğunu vurğulayıb.

“Sizin və sizin uşaqlarınızın tamhüquqlu Gürcüstan vətəndaşları olmasını istəyirəm, ona görə, hamının ikili vətəndaşlıqdan yararlana bilməsi üçün çox işlər görmüşəm. Bu dəyişiklik artıq Konstitusiyada öz yerini tapıb və hazırda hər bir şəxs Gürcüstan vətəndaşlığını qaytara, bərpa edə bilər. Ancaq bunun üçün sizdən də bir addım tələb olunur. Dövlət dilini öyrənməlisiniz”, -deyə gürcüstanlı prezident bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 449 15.04.19 12:08