İlin əvvəlindən bu günədək doğuş zamanı 9 ana ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

İlin əvvəlindən bu günədək doğuş zamanı 9 ana ölüb

2019-cu ilin əvvəlindən bu günə qədər ölkədə 9 ana ölümü hadisəsi baş verib.

Median.Az bildirir ki, bu barədə azvision.az -a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, ana ölümlərinin əksəriyyəti təhlil edilib.

"Ana ölümlərinin əsas səbəbi beyin xəstəlikləri, ürək çatışmazlığı faktı, ağciyərin iki tərəfli pnevmaniyası, zahılıq dövründə müşahidə edilən qanaxma və anesteoloji qüsurdur. Bunun əsasında cəzalandırılanlar da olub. İşdən azad olunanlar, ciddi töhmət alanlar var. Tibbi yardım təşkili şöbəsi tərəfindən kifayət qədər ciddi tədbirlər görülüb".

S.Məmmədova qeyd edib ki, əsasən rayonlarda ağır xəstələr daha çox olur. "Onları Bakıya təxliyə edib, çatdıra bilmirik. Amma ağır xəstə vaxtında Bakıya gətiriləndə və ya buradan həkimlər vaxtında rayona gedəndə həmin xəstəni vəziyyətdən çıxara bilirik. Bu il 40-dan artıq kritik vəziyyətdə olan hamilələr olub ki, son məqamda müraciət ediblər və Bakıdan yardım gedib. Nəticədə qadınlar kritik vəziyyətdən çıxarılıb".

Direktor hesab edir ki, ana ölümlərində həkim, valideyn məsuliyyətsizliyi yarıbayarıdır: "Əgər qadın məsləhətxanasının həkimi gəlib qapını döyüb və ona qapını açmırlarsa, hündürmərtəbəli binaların nəzarətçisi içəri buraxmırsa, biz riskli hamiləni oradan neçə çıxaraq? Gərək onun şüuru olsun. Kiminsə hansısa həkim xoşuna gəlmirsə, digərinə müraciət etsin, seçim hüququ verilib".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 438 13.04.19 22:16