Merkuri Günəşin qarşısını kəsəcək - bunu Azərbaycandan izləmək mümkün olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Merkuri Günəşin qarşısını kəsəcək - bunu Azərbaycandan izləmək mümkün olacaq

Merkuri Günəşin qarşısını 2019-cu il noyabrın 11-də kəsəcək.

Bu hadisəni saat 16:35-də Azərbaycandan da izləmək mümkün olacaq. Növbəti dəfə belə tutulmanı həvəskar astronomlar 2032-ci ildə müşahidə edəcəklər.

Günəş sisteminin ən kiçik planeti

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Merkuri Günəş sistemində ən kiçik planetdir və ona ən yaxın məsafədə yerləşir. Onun peyki yoxdur. Bu planet barədə oraya zond göndərilənə qədər çox az məlumat olub. Mariner-10 kosmik aparatı Merkuriyə çatanda radar və radioteleskopla müşahidələr aparıb. Əvvəllər insanlar elə düşünürdülər ki, Merkurinin orbiti və öz oxu ətrafında fırlanması eynidir və 88 gün təşkil edir. Bu, Yerlə Ay arasında olan məsələ kimi idi. Amma oraya siqnallar göndəriləndən sonra məlum oldu ki, Merkurinin öz oxu ətrafında firlanması 58,7 gün təşkil edir və bu, planetin öz orbitinin üçdə ikisi deməkdir.

Qurululşu

Merkuri daşlı-qayalı dörd planetdən biridir və Yer kimi çox möhkəmdir. Ekvatoru 4879 kilometr olan Merkuri digər dörd planetdən ən kiçiyidir. Onun 70 faizi metaldan, 30 faizi silikatdan ibarətdir. Planetin sıxlığı 5430 kq/m³-dir. Bu da onu Günəş sistemində sıxlığına görə Yerdən sonra ikinci edir. Amma Merkuri haqqında danışdıqda onu Yer planeti kimi təbəqələrə bölmürük, biz onun sıxlığını ümumiləşdiririk. Yerin təbəqələri var, məsələn, litosfer və s. Merkuri isə kiçik olduğundan onda təbəqələr gözə çarpmır. Amma onun nüvəsi var. Bu nüvə planetin böyük hissəsini təşkil edir və əsasən dəmirdən ibarətdir. Bu isə sıxlığına görə çox möhkəm bir elementdir. Merkurinin nüvəsinin ölçüsü 2074 kilometrdir. Bu nüvə planetin 85 faizini (Yerdə bu göstərici 17 faizdir) əhatə edir. Belə güman olunur ki, bu nüvə ərimiş formadadır. Yer kimi Merkuri də sərt örtüyə malikdir və onun qalınlığı 400 kilometrdir.

Geologiya və planetin səthi

Merkurinin səthi daha çox Ayın səthinə bənzəyir. Ayda olduğu kimi, buraya da çoxlu sayda meteoritlər, asteroitlər düşüb. Merkurinin kraterləri məşhurların adlarını daşıyır.

Günəş sistemi yaranan zaman burada toqquşmadan sonra əmələ gəlmiş iki nəhəng krater bu gün Kaloris (diametri 1550 kilometr) və Raxmaninovun (306 kilometr) adını daşıyır. Burada kraterlərdən başqa, geniş düzənliklər, hündür qayalıqlar da var.

Planet boza çalan qəhvəyi rəngdə görünür. Parlaq cığırlar "krater şəfəqləri" adlanır. Asteroid və ya komet düşəndə belə xətlər yaranır. Bu daş-qaya parçaları planetin səthinə dəyəndə yüksək dərəcədə enerji ayrılır. Bu zaman yeri və qayalığı əzir və sıxlaşdırır, yerdə olan daş parçalarını dağıdıb uzağa atır. Onlar yerə düşdükcə planetin səthində cığır, iz qoyur. Xırda daşlar boyük daş-qayalara nisbətən daha güclü şəkildə radarlarda əks olunur. Ancaq bu cığırlar vaxt keçdikcə ətraf mühitin təsirindən daha zəif əks olunmağa başlayır.

Planetdə temperatur ekstremal şəkildə gah isti, gah da soyuqla əvəzlənir. Gün ərzində Merkuridə hərarət 430°-yə qədər yüksəlir. Atmosfer olmadığı üçün planet istiliyi özündə saxlaya bilmir və buna görə də gecə vaxtı temperatur -180°-yə enir.

Merkuri şimal və cənub qütblərində, əsasən də krater diblərində, eyni zamanda, planetin daim qaranlıq qalan hissələrində su saxlaya bilər.

Merkurinin səthi meteorit izləri ilə zəngindir. Cavan kraterlərin bir neçə milyon il yaşı var. Planetin səthində temperatur yüksək olduğundan ən qədim kraterlər eroziyaya məruz qalmışlar.

Meteoritlərin qoyduğu izlərin yaşı təxminən 4000 milyon ildir. Bu dövr ərzində planet vulkan püskürməsi baxımından aktiv olub; lava burada dənizlər, düzənliklər əmələ gətirib. Bu dənizləri oraya göndərilən Mesencer (MESSENGER) adlı zond aşkara çıxarıb.

Merkuridə cavan düzənliklər meteorit yağışına az məruz qalıb. Planetin səthinin özəl cəhətlərindən biri də odur ki, lava qatlar əmələ gətirib. Belə düşünmək olar ki, planetin daxili soyuyub və səthdə deformasiya yaranıb. Merkurinin səthi dəniz dalğasına bənzəyir. Bu forma Günəşin təsirindən yaranıb və onun cazibə qüvvəsindən asılıdır. Dalğa effektinin gücü 17 faizdir və Ayın Yerə təsirindən qat-qat çoxdur.

Merkuridə nəzərəçarpan yerlərdən biri də hövzədir. Kaloris adlı bu hövzə kraterdən qalan bir izdir və Günəş sistemində tayı-bərabəri yoxdur. Bu nəhəng kraterin arxasında düzənliklər və dağ silsilələri yerləşib. Belə güman olunur ki, onların formalaşması kraterlə bağlıdır.

Planetdə temperaturun yüksək olmasına baxmayaraq dəqiq müşahidələr orada buzun mövcudluğu ehtimalını yaradır. Kraterlərin dibi, əsasən də qütblər gün işığının düşmədiyi ərazilərdir. Orada hərarət çox aşağıdır. Donmuş su radarda çox yaxşı əks olunur. Bu isə qütblərdə suyun olması barədə fikir söyləməyə imkan verir. Belə fərz olunur ki, kraterlərin dibində olan suyun dərinliyi bir neçə metrdir. Onu qeyd etməliyik ki, radarda əks olunan maddələr təkcə su deyil, başqa sözlə, müasir elm Merkuridə suyun olmasını əminliklə demir, fərz edir.

Ölçüsü və məsafəsi

Radiusu 2440 kilometr olan Merkuri Yerin üçdəbir hissəsini təşkil edir. Əgər Yer 50 qəpik ölçüsündə olsaydı, o zaman Merkuri itburnu boyda olardı. Merkuri Günəşdən 0,4 astronomik vahiddə yerləşir. Bir astronomik vahid (AV) Yerdən Günəşə qədər olan məsafədir. Günəşin şəfəqlərinin Merkuriyə çatması üçün 3,2 dəqiqə tələb olunur.

Orbiti və oxu ətrafında fırlanması

Merkurinin orbiti eksentrik, yəni yumurta formasındadır. Günəşə ən yaxın məsafəsi 47 milyon kilometr, ən uzaq məsafəsi isə 70 milyon kilometrdir. Merkuri 88 günə Günəş ətrafında dövr edir. Orbitinin sürəti saniyədə 47 kilometrdir. Bu isə onu planetlər sırasında ən sürətli edir.

Merkuri öz oxu ətrafında çox ləng hərəkət edir: 59 Yer gününə 1 dövr edir. Ancaq Merkuri öz elliptik orbiti ətrafında fırlandıqda, Günəşə yaxın olduqda səhər 2 dəfə açılır. Yəni Günəş qısa müddətə çıxır. Sonra isə planetin başqa tərəfindən ikinci dəfə çıxır. Axşamın düşməsi də bu qaydada planetin başqa tərəfində baş verir. Bir gün Merkuridə 176 Yer gününə bərabərdir.

Merkuri oxu üzərində 2 dərəcə əyilir. Bu, o deməkdir ki, onun Günəş ətrafında fırlanması şaqulidir və başqa planetlərdə olduğu kimi, burada fəsillər baş vermir.

Yaranması

Merkuri 4500 milyon il bundan öncə qazı, tozu özünə cəzb edərək Günəşə ən yaxın planet kimi formalaşıb. O, digər Yer tipli planetlər kimi nüvə, daşlaşmış mantiya və sərt örtüyə malikdir.

Atmosfer və həyatın mümkünlüyü

Bu planetin atmosferi yoxdur, amma nazik ekzosferi var. Merkuridə Günəş küləyi planetdə olan atomları və dağılmış asteroidləri planetin səthindən qovur. Planetin ekzosferi oksigen, natrium, hidrogen, helium və kaliumdan ibarətdir.

Merkuridə olan mühit həyat üçün yararlı deyil. Güman edilir ki, burada yüksək hərarət və radiasiya həyatı mümkünsüz edir.

Maqnitosfer

Planetin maqnit sahəsi ekvatora görə yerini dəyişib. Onun maqnit sahəsi Yerin bir faizini təşkil edir və daha çox Günəş küləyinin maqnit sahəsinin təsiri altında planetdə maqnit qasırğası yaradaraq, ionlaşmış atomları planetin səthinə göndərir və orada olan neytral atomlar yuxarı, göyə atmağa başlayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 464 13.04.19 20:50