Лондон
C

Azərbaycan Qazaxıstana güc kabellərinin ixracına başlayıb

Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstana geniş həcmdə böyük tutumlu güc kabellərini ixrac etməyə başlayıb.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə STP-dən bildiriblər.

Məlumata əsasən, artıq 6 yük maşını yola düşüb. Həmçinin bağlanmış müqaviləyə əsasən, Qazaxıstana 77 yük maşını həcmində və 5 milyon dollar dəyərində məsaməli və digər növ kabellər göndəriləcək.

Müqavilə fəaliyyətini genişləndirən dağlıq-zənginləşdirici kombinatı ilə bağlanıb.

Texnoparkda qeyd ediblər ki, ilin sonuna kimi STP Qazaxıstan şirkəti ilə əlavə 7 milyon dollar dəyərində 3 müqavilə bağlayacaq.

Həmçinin kabel məhsullarının Gürcüstan və Qırğızıstana tədarükünə dair ixracı müqavilələri imzalanıb.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев