Aysel iddialara cavab verdi: Deyirlər ki, bunun nəyinə pul vermisən? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |    

Aysel iddialara cavab verdi: Deyirlər ki, bunun nəyinə pul vermisən? - VİDEO

Son günlər qalmaqallarla gündəmə gələn müğənni Aysel Əlizadə iddialara cavab verib.

O, Oxu.Az-a müsahibəsində Türkiyə şou-biznesinə qatıldığını və orada ona tələbat olduğunu deyib:

“Mənim üçün belə bir şərait yarandı və mən Türkiyə şou-biznesinə qatıldım. Həm klip, həm də sinql üzərində çalışıram. Bir illik müqaviləmin vaxtı bitdi. İndi daha bir neçə müddətlik müqavilə imzalamışam. Demək olar ki, Türkiyə ilə iki illik müqaviləm var. Orada da məni gözü götürməyənlər çox olacaq. Amma bütün bunlara rəğmən orada insanların özümə qarşı sevgisini hiss edirəm. 10 ildir Bakıda fəaliyyət göstərirəm. Lakin Türkiyədə əldə etdiyim sevgi və uğur buradan artıqdır”.

Aysel Türkiyədəki layihəsi ilə bağlı sponsor iddialarına da cavab verib:

“Deyirlər ki, bəzən mənə kimsə bu işlərimdə köməklik göstərir, yalandır. Ağ yalandır. Mənə heç kim yardım edə bilməz. Hətta orada şirkətlə işləsəm belə, şirkət də kömək edə bilməz. Mahnının reklamı üçün bir manat da olsun pul xərcləməmişəm”.

Dəbdəbəli libasları ilə tez-tez gündəmə gələn Əlizadə, bahalı qarderob məsələsinə də toxunub:

“Hər bir xanım kimi mən də geyinib-kecinməyi sevirəm. Qıraqdan baxıb deyirlər ki, bunun nəyinə pul vermisən, amma libas mənim ürəyimə yatırsa, mən onu alıb xoşbəxt oluram. Ucuz da, bahalı da geyinirəm. Yetər ki, bir şeyi sevim”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 393 12.04.19 21:18