Mehriban Əliyeva Matviyenko ilə görüşdü - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |    

Mehriban Əliyeva Matviyenko ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Mehriban Əliyeva Valentina Matviyenkonu Azərbaycanda salamlayaraq, onun ölkəmizdə hər zaman arzuedilən qonaq olduğunu deyib.

Mehriban Əliyeva rusiyalı qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik edib, Valentina Matviyenkoya gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu deyib.

Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko, ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söyləyib. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirib.

Qonaq İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd edib.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 882 12.04.19 17:20