Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sakit Mirzəyevin (1982-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin (1933-cü il təv.) üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Yeni Ramana qəsəbəsindəki evində tapılıb. Həmin gün Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində törədən əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb və istintaqa təqdim edilib.
İş üzrə dindirilmiş S.Mirzəyev qonşusu Ə.Tağızadəni kəlbətinlə öldürdüyünü bildirib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 15-nə təyin edilib.