Azərbaycan Respublikasının 10 milyonuncu sakini Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi aprelin 10-da onun valideynlərinə təqdim olunub.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Xatırladaq ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.