"Avtoş Cabiri" güllələyən şəxsin məhkəməsi başlayıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |    

"Avtoş Cabiri" güllələyən şəxsin məhkəməsi başlayıb - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ehtiram Şərifov CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 17-də Xəzər rayonun Şüvəlan qəsəbəsində, Ehtiram Şərifov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirərək, hadisə yerini tərk edib. Nəticədə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılan zərərçəkmiş orada ölüb.

Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Şərifov saxlanılıb, ondan müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş "İJ" markalı tüfəng götürülüb. Araşırma zamanı, mərhumun “Cabir-012” adı ilə tanınmış "avtoş" olması məlum olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Iş üzrə baxış aprelin 15-nə təyin edilib.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 961 09.04.19 15:30