Mehriban Əliyeva qızları ilə konsertdə - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |    

Mehriban Əliyeva qızları ilə konsertdə - FOTO

Aprelin 8-də Heydər Əliyev Sarayında virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyevin konserti baş tutub.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli Ballada”sını, P.Çaykovskinin “Düşüncə”sini, S.Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını və digər əsərləri ifa edib.

Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi ailəsində anadan olub.

Denis Matsuyevin səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və digər ölkələrin simfonik orkestrləri və dirijorları olub.

P.Çaykovski orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu “Gramophone” jurnalı tərəfindən 2014-cü ilin aprelində “Ayın albomu” adına layiq görülüb.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 392 09.04.19 12:07