“Məsələnin Rəşada aidiyyəti yoxdur” - AzTV-nin Bədii Şurasından açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

“Məsələnin Rəşada aidiyyəti yoxdur” - AzTV-nin Bədii Şurasından açıqlama

Əməkdar artist Rəşad İlyasovun Azərbaycan Dövlət Televiziyasının (AzTV) solistliyindən çıxarılması barədə məlumat yayılıb. Buna səbəb onun müğənni Rüfət Axundovla Space TV-nin efirində oxuduğu söyüşlü duetidir.

Median.Az
bildirir ki, qafqazinfo mövzu barədə AzTV-nin "İctimai-siyasi proqramlar" redaksiyasının baş redaktoru Sərvər Bayramovla əlaqə saxlayıb. Kanal rəsmisi açıqlamasında bildirib ki, bu cür məsələlərlə Bədii Şura məşğul olur və onların, hələ ki, iclası keçirilməyib.

Bədii Şuranın üzvü, Xalq artisti Mübariz Tağıyev isə qafqazinfo-ya danışaraq mövzunun Bədii Şuraya aid olmadığını bildirib:

"Mövzudan xəbərim var. Bu, Bədii Şuralıq deyil. Çünki AzTV-nin efirində baş verməyib. Rəşad İlyasovun solistlik məsələsi isə başqa dairələrdə həll olunacaq. Mənə elə gəlir ki, həmin ifadələr Rüfət tərəfdən olub. Rəşad İlyasovun isə efirdə mikrofonu işarə etməsi məsələsi də var. Rəşad rejissora deyə bilər ki, mikrofonu aç, mahnıya canlı oxuyub qoşulmaq istəyirəm. Efirdə belə şeylər olur. Bir işarə edirsən, bəstənin nəqarətinə qoşulmaq istədiyini bildirirsən. Yanında baş verənlərin Rəşada aidiyyəti yoxdur".

Bundan əlavə, M.Tağıyev hər iki ifaçını tənqid də edib: "Sözün düzü, onlardan bunu gözləmirdim. Bu şit zarafatdır, nədir? İkisi də tərbiyəli uşaqdır. Bu, nədir belə? Başım çıxmadı".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 792 08.04.19 20:30