Tanışını bıçaqlayan futbolçuya hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Tanışını bıçaqlayan futbolçuya hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən S.Kurdyukovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Kurdyukovaya azadlığın məhdudlaşdırılması ilə bağlı cəza verilib. Belə ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması zamanı məlum olub ki, F.İbrahimovanı tanışı, yetkinlik yaşına çatmayan S.Kurdyukova mübahisə zamanı bıçaqlayıb. Daha sonra S.Kurdyukova saxlanılıb, onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.

Xatırladaq ki, S.Kurdyukova futbolçudur. O, 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində “Neftçi”nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 547 08.04.19 11:41