Bu gün axşam Goranboyda zəlzələ olub.
Yeraltı təkan axşam saat 20:53 radələrində qeydə alınıb. Sakinlər yüngül təkanları hiss ediblər.
Dağıntı və tələfat yoxdur.
Qeyd edək ki, aprelin 7-si gündüz saatlarında Gürcüstanın Azərbaycan sərhədinə yaxın ərazisində 4.5 ball gücündə zəlzələ baş verib.