Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş Rusiyanın XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Moskvada keçiriləcək.

Bu haqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Moskva-Bakı” nəşrinə verdiyi müsahibədə bildirib.

“Ən yaxın zamanda (bunu artıq razılaşdırmışıq) Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər səviyyəsində görüş elan olunacaq. Düşünürəm ki, Sergey Viktoroviç (Lavrov –red.) də bu görüşdə iştirak edəcək”, - deyə E.Məmmədyarov açıqlamasında bildirib.

Azərbaycanlı diplomat Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyişlərə nail olmağın vacibliyini vurğulayıb.

E.Məmmədyarovun sözlərinə görə, cümə günü rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi (MDB xarici işlər nazirləri şurasının iclasından sonra - red.) görüşdə həm ikitərəfli münasibətləri, həm də Dağlıq Qarabağ problemini müzakirə ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 087 06.04.19 13:37