Göyçayda 3 innovativ layihə “İdeyasını Biznesə” çevirmək şansı qazanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |    

Göyçayda 3 innovativ layihə “İdeyasını Biznesə” çevirmək şansı qazanıb

"İdeyadan Biznesə" layihəsi çərçivəsində Göyçay şəhərində ilk startap turu təşkil olunub.

Median.Az
xəbər verir ki, bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Startap turunda Göyçayla yanaşı, Ucar, Yevlax, Ağdaş və Ağcabədi rayonlarından olan 100-dək gənc iştirak edib.

Tədbir iştirakçılarına məlumat verilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan “İdeyadan Biznesə” layihəsinin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.

Bildirilib ki, layihə çərçivəsində keçirilən startap turlarının əhatə etdiyi hər bir region üzrə 3 innovativ layihə qalib kimi seçilir.

Regiondan seçilən qaliblər respublika üzrə təşkil olunan Milli Finalda iştirak hüququ qazanır. Milli Finalın qalibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi də əldə edirlər.

İştirakçıların diqqətinə çatdırılıb ki, startap turları Göyçaydan sonra Tovuz, Bakı, Lənkəran, Zaqatala, Naxçıvan, Şamaxı və Şəkini əhatə edəcək.

Tədbirin informativ hissəsindən sonra iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən kiçik biznes-treninq keçirilib.

Daha sonra ideyası olan iştirakçılardan ibarət 5 komanda formalaşdırılıb. Mentorlar komandaları əsas müsabiqəyə hazırlayıb.

İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutub. Bu mərhələnin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdiriblər.

Beləliklə, 1-ci yerə “Health belt” layihəsi, 2-ci yerə “Hərrac”, 3-cü yerə “Animal Center of Goychay” layiq görülüb.

Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, növbəti startap turu 12 aprel tarixində Tovuzda keçiriləcək.

İştirak etmək üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçmək zəruridir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 101 05.04.19 19:18