Xəzər dənizində "Azərbaycan Mirvarisi" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Xəzər dənizində "Azərbaycan Mirvarisi"

Nargin adasının turizm mərkəzinə çevirmək təklif olunur.

"Azərbaycan Mirvarisi" adlı layihədə adanın dünya səviyyəli istirahət zonasına çevrilməsi üçün konkret ideyalar ortaya qoyulub. Layihə gerçəkləşərsə, burada hotel, muzey, sərgi salonları, teatr binaları, Şərq üslubunda bazar, hətta liman və vertolyot meydançasına da rast gəlmək mümkün olacaq.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və bir vaxtlar Nargin adlandırılmış Böyük Zirə adası dünya səviyyəli istirahət zonasına çevrilə bilər.
Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev bunu nəzərdə tutan "Azərbaycan Mirvarisi" adlı layihə hazırlayıb. Layihə adanın ən müasir turizm mərkəzinə çevrilməsini nəzərdə tutur. Burada müasirlik və keçmişin bir araya gətirilərək harmoniya yaradılması və ümumilikdə adanın beş zonaya bölünməsi planlaşdırılır.
Memar layihəyə Böyük Zirə adasında ümumtəhsil və musiqi məktəblərinin, teatrların, Şərq bazarının tikintisini də daxil edib. Bundan başqa, tariximizin faciəli hadisələrinə şahidlik edən adanın qurbanlarına xatirə kompleksinin inşası da nəzərdə tutulub.

Rasim Babakişiyev layihənin reallaşdırılması üçün lazım olan maliyyə xərclərinin təxmini hesablanmasını da aparıb.
Memar deyir ki, "Azərbaycan Mirvarisi" layihəsi həm də adada il boyu yaşayışın olmasına da hesablanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 641 04.04.19 23:19