Zakir Həsənovdan müharibə ANONSU: Hər an döyüşlərə başlaya bilərik » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |    

Zakir Həsənovdan müharibə ANONSU: Hər an döyüşlərə başlaya bilərik

Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə inam, dövlətə inam artıb. Şəxsi heyət Ali Baş Komandanın Orduya diqqət və qayğısını görür.

Median.Az
-ın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, Ordunun döyüş hazırlığı elə bir anlayışdır ki, onun həddi yoxdur:

"Ən yüksək səviyyəli ordularda döyüş hazırlığı davam edir. Baxın, görün Azərbaycan Ordusunun silahlanmasında hansı silahlar var? Mən müdafiə naziri kimi deyirəm ki, "Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir. Biz hər an rahat şəkildə döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Söhbət təkcə sursatdan getmir. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Zirehli texnikanın modernizasiyası keçirilir. "Azərsilah" 1000-dən çox çeşiddə silah-sursat istehsal edir”.

Aprel döyüşlərindən nümunə gətirən nazir bildirib ki, qısa müddətdə erməni ordusu darmadağın edildi, Azərbaycan xalqında həmrəylik nümayiş olundu, vətənpərvərlik ruhu yüksəldi və Azərbaycan ordusunda döyüş təcrübəsi artdı.

Nazir bildirib ki, aprel döyüşlərində bütün erməni ordusu ilə Azərbaycan ordusunun 20 faizi vuruşdu.

Z.Həsənov bildirib ki, ermənilər iqtisadi, siyasi, ordu quruculuğu baxımdan Azərbaycanla bacara bilmirlər və başqa yola əl atırlar, satqınlardan istifadə edirlər, yalan və böhtan danışırlar:

“Ancaq onun da bir xeyri yoxdur. İndi 90-cı illərin əvvəlləri deyil, o zaman hərc-mərclikdən istifadə edib bizim torpaqlarımızı işğal etdilər. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Artıq güclü dövlətçilik var, dövlətin başında güclü lider var, güclü iqtisadiyyat, ordu quruculuğu var”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 472 04.04.19 19:17