Azərbaycan gözəlini BİABIR ETDİLƏR - Şərhlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Azərbaycan gözəlini BİABIR ETDİLƏR - Şərhlər

Bu gün mətbuatda “Azərbaycan gözəli – 2019” yarışmasının sonlandırılması və qalibinin məlum olması ilə bağlı xəbər yayılıb.

Lent.az-ın məlumatına görə, “Show news” verilişində “Şou prodakşn” yarışmanın qalibinin adı açıqlanıb.

“Azərbaycan gözəli – 2019”-un qalibinin Melissa Nuriyeva olduğu bildirilib və xanımın görüntülərinin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.
İnsanlar xanımın görüntüsünün verilmiş ada layiq olmadığını, yarışmanın hansı şərtlərlə keçirilməsi ilə bağlı narazılıqlarını ifadə ediblər.

Bəs Azərbaycanda bu cür yarışmalara Mədəniyyət Nazirliyi tərəfindən hər hansı bir nəzarətin həyata keçirilməsi, tənzimlənməsi mümkündürmü?

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Lent.az-a bildirib ki, nazirlik hansısa bir şirkətin şəxsi təşəbbüsü ilə keçirdiyi yarışmalara qarışmır: “Nazirlik özü təşəbbüs etmədiyi, keçirilməsinə dəstək vermədiyi yarışma, müsabiqələrlə bağlı heç bir fikir və təkliflərini irəli sürmür. Məsələn, nazirlik “Muğam müsabiqəsi” keçirir. Biz bu yarışma ilə bağlı gələn iradlara fikrimizi bildirə bilərik. Hansısa bir gözəllik yarışması ilə bağlı bir söz deyə bilmərik”.

Qeyd edək ki, facebook sosial şəbəkəsində izləyicilər “gözəllə” bağlı öz rəylərini paylaşıb.

Onların bəzilərini təqdim edirik: Məsələn, medianın tanınmış isimləri: Elçin Alıoğlu - Miss Azərbaycan-ın qalibləri özüyeriyən vicdan əzabına oxşasalar da, eyb etməz. Əsas odur ki, ürəkləri təmiz olsun, İlham Muradov-bu lap Qoqolun “ВИЙ” əsərindəki ifritəyə bənzəyir, gecə kimin qarşısına çıxsa qorxudan onun ağzı əyilər; Fərid Azəri adlı istifadəçi: “Sizin gözəllik anlayışınıza asqırsınlar”,

Gulnara Naqieva-mamedova -Konçita Vurstun bacısıdı bu)))),

Kamil Kamil adlı istifadəçi: yetim səf yazib eee, gözəli yox, eybəcəri yazmaq istəyib. Azəribaycanda elə qizlar var ki, dirnağı bundan gözəldi,

Rəşad Həsənzadə: Heç olmasa gözəllik seçimini düzgün seçin dəə... O birilər cəhənnəm, bu baxan kimi bilinir axı!!!

Samir Qəribov Ona görədə bizim gözəl qızlar dünyada yer tuta bilmirlər. Bu nə gündədir, nənəm bundan yaxşıdır ki... və s. rəylər yer alıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 921 03.04.19 17:04