Лондон
C

Piyadanı öldürüb, qaçan sərxoş sürücünün məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Şaiq Mikayılovun CM-nin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az
xəbər verir ki, Şaiq Mikayılov sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı avtomaşınla paytaxt sakini Səkinə Ramazanovanı vurub və sonra idarəetməni itirərək, iki avtomobilə çırpılıb. Nəticədə piyada hadisə yerində ölüb, sürücü isə hadisə yerindən qaçıb.

Məhkəmə prosesində Ş.Mikayılov ittiham üzrə özünü qismən təqsirli bilib və qəzadan sonra hadisə yerindən qaçmadığını qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Qənimət Ramazanov bildirib ki, hadisənin şahidi olmayıb. O, təqsirləndirilən şəxsi bağışladığını, aralarında barışıq əldə edildiyini qeyd edib.

Proses davam edir.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев