“Paraşok” südünü təbii süddən necə ayırmaq olar? » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

“Paraşok” südünü təbii süddən necə ayırmaq olar?

Quru süd (el arasında “paraşok süd”) təbii süddən hazırlanır.

Süd pasterizə olunur, qatılaşdırılır, sonra xüsusi quruducu kameralarda 170 C-də qurudulur. Nəticədə toz halında olan quru süd alınır.

Quru südün dadı dəyişilir, tərkibində vitaminlər, enzimlər və digər faydalı maddələr dağılır. Ən pisi isə odur ki, quru süddün hazırlanması zamanı onun tərkibində qeyri-tipik oksisterol maddələri əmələ gəlir ki, bu maddələr aterosklerozun inkişafına səbəb ola bilər. Məhz bu səbəbdən bəzi xarici ölkələrdə quru süddən “süd” hazırlamaq qadağandır, digər ölkələrdə isə “paraşok”dan hazırlanmış südün üzərində süd deyil, “süd içkisi” kimi qeyd yazılır.

“Paraşok”dan hazırlanmış südü necə təyin etmək olar?

Bir neçə üsul sizə təqdim edirik:

“Paraşok”dan hazırlanmış südü təyin etmək üçün ilk növbədə onun dadına baxın. Südün dadı şirindirsə, bu süd çox güman ki, məhz “paraşok”dan hazırlanıb.

Digər üsul – südü stəkana töküb ağ vərəqin üzərinə qoyun. Təbii süd ağ, bulanıq-ağ və göyümtül rəngdə ola bilər. Südün rəngi qırmızıya və ya narıncıya çalırsa, bu süd quru süddən hazırlanıb.

Daha çox gəlir əldə etmək üçün quru südə tez-tez nişasta və ya un əlavə edirlər. Südü stəkana tökün və üzərinə bir neçə damcı yod töküb qarışdırın, südün rəngi göyə çalırsa, bu süd “paraşok”dan hazırlanıb./Saglamolun/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 548 01.04.19 23:50