Yanğından zərər çəkmiş sahibkarlara daha 1 ticarət obyektində yer təklif olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Yanğından zərər çəkmiş sahibkarlara daha 1 ticarət obyektində yer təklif olunur

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub.

Nazirlikdən verilən məlumata görə, bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 8-ə çatıb:

Ziya Bünyadov prospekti, Böyük Şor, 13 ünvanında yerləşən "İmperial" ticarət mərkəzində - 10 obyekt, 1250 kv. m;

Əlaqələndirici şəxs: Yaşar Teymurov (tel: 050 299 04 09)

Bakıxanov qəsəbəsi, "Aygün" ticarət mərkəzi, 5-ci mərtəbə - 80 obyekt, 6000 kv. m;

Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)

Bakıxanov qəsəbəsi, "Meqasiti" ticarət mərkəzi (2 mərtəbəli) - 250 obyekt, 12000 kv. m;

Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)

Dərnəgül şossesində yerləşən "Eurohome" tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza;

Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11)

Təbriz küçəsində yerləşən "Eurohome Express"də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza;

Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 55 55)

6. "Sədərək" ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar;

Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 81 89)

Qabil Nəhmədov (tel: 050 213 33 68)

7. "AF-COM" Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər) ;

Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118)

8. S.Vurgun küçəsində yerləşn "AF-Center" ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.

Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 06 60)

QEYD: İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).//milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 174 01.04.19 19:35