Millət vəkili Vyana görüşü barədə » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Millət vəkili Vyana görüşü barədə

Vyana görüşü Azərbaycan diplomatiyasının gücünü, Azərbaycan dövlətinin və ən əsası ölkə prezidentinin növbəti dəfə siyasi iradəsini, qətiyyətini nümayiş etdirdi.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, bu görüş həm də şovinizm xəstəliyinə mübtəla olmuş erməni siyasətçilərinin, başabəla erməni liderlərinin davam etdirdikləri siyasətin yanlış olduğunu, fiaskoya uğradığını göstərib.

“Artıq ermənilərə, Ermənistan rəhbərlərinə inam qalmayıb, özündən əvvəlki cinayətkar rejimlərin və onun cinayətkar başçılarının səhvlərindən, aqibətindən dərs çıxarmayan Paşinyanın dedikləri sabun köpüyündən başqa bir şey deyil. Hətta açıq və gizli himayədarları belə onlara inanmır, etimad etmir, heç bir sözlərini, bəyanatlarını ciddiyə almırlar. Vyana görüşü, Azərbaycan dövlətinin və dövlət başçısının iradəsi və qətiyyətinin nəticə olaraq sərgilənən mövqe, danışıqların davam etdirilməsinin qərara alınması və danışıqlar formatının dəyişdirilməsinin qeyri-mümkünlüyünün ifadə edilməsi artıq hər şeyi açıqlığı ilə ortaya qoydu, Ermənistanın, onun siyasi liderlərinin fiasko ilə, dalanla üzləşdiyini hər kəsə göstərmiş oldu.

Cənab prezident TASS-a müsahibəsində vurğuladığı kimi, “əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib”. Artıq seçim, qərar Ermənistanın, Paşinyanındır.

Növbəti yanlışlıqları, xətaları, təxribatçılıq əməlləri onlara baha başa gələ, Aprel hadisələrinin daha ağırını və daha faciəlisini yaşaya bilərlər. İstəmirlərsə, arzulamırlarsa, ağıllansınlar və düz yola gəlsinlər”, - deyə millət vəkili əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 246 30.03.19 19:14