Kredit borcu olanlara ŞAD XƏBƏR: Pulunuzu bu yolla alın » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Kredit borcu olanlara ŞAD XƏBƏR: Pulunuzu bu yolla alın

Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. İstənilən şəxs portaldakı müvafiq bölməyə daxil olmaqla alacağı kompensasiya məbləğini öyrənə bilər. Bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən təqdimat mərasimində verilib. Qeyd edilib ki, bu gündən aprelin sonunadək vətəndaşlara sms göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, problemli kreditlərlə bağlı kompensasiya veriləcək şəxslərin siyahısı açıqlandı...

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. Təqdimat mərasimində bildirilib ki, portalda hesablanmış kompensasiya məbləği ilə yanaşı, məbləğin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var.

Problemli krediti olan istənilən şəxs portaldakı müvafiq bölməyə şəxsiyyət vəsiqəsinin məlumatlarını və mobil nömrəsini qeyd edərək ona hesablanan məbləği öyrənə bilər.

Bu gündən aprelin sonunadək vətəndaşlara SMS göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar. Bağlanan bankların müştərilərinə isə "Azərpoçt" MMC tərəfindən SMS məlumat göndəriləcək. Kompensasiyaların verilməsinə gələn ayın sonuna kimi başlanılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 627 28.03.19 22:57