Narkotikə görə tutuldu, oğurluğunun üstü açıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Narkotikə görə tutuldu, oğurluğunun üstü açıldı

Şirvan şəhər sakinləri narkotiklə yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Pünhan Tağıyev və Mirzəli Məmmədov polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda saxlanılaraq şöbəyə gətirilib.

Onların üzərində axtarış keçirilən zaman şəxsi istehlak miqdarından artıq heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ətraflarında aparılan əməliyyat zamanı onların birgə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. Belə ki, saxlanılan şəxslərin bir müddət əvvəl vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 1990 manat olan məişət əşyalarını oğurladıqları məlum olub.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 463 26.03.19 20:08