Bakıda "Mercedes" yol ayrıcısına çırpılıb : 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Median.Az xəbər verir ki, martın 25-i saat 5 radələrində Yasamal rayonunun Moskva prospektində, Quba rayon sakini V.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayrıcısına vurub.
Nəticədə sərnişin Xəyyam Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər iki sərnişin isə xəstəxanaya yerləşdiriliblər.