Türkiyənin ən böyük üçüncü limanına “SOCAR Terminal” adı verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Türkiyənin ən böyük üçüncü limanına “SOCAR Terminal” adı verildi

"SOCAR Türkiyənin Aliağa bölgəsində yeni neft-kimya müəssisəsi qurmaq niyyətindədir".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu "SOCAR Turkey”in Xarici əlaqələr üzrə rəhbəri Murad Le Kompte (Murat LeCompte) Uludağ İqtisadi Zirvəsi zamanı "Yenişafak.com” saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müəssisə 2020-2023-cü illərdə tamamlanacaq: "Bu il üçün hələlik son investisiya qərarını verməmişik. Amma il ərzində bu qərarın da veriləcəyi yeni bir neft-kimya sərmayəmiz olacaq. Bu da yenə Aliağa bölgəsində baş tutacaq. Əgər bu il investisiya ilə bağlı son qərarı versək, gələn il üçün təməlinin qoyulacağını düşünürəm. 2020-2023-cü illərdə isə bu işlər tamamlanacaq”.

SOCAR rəsmisi "Petlim” limanının adının "SOCAR Terminal” olaraq dəyişdirildiyini də açıqlayıb: "Bu, tamamilə türk podratçı və mühəndislər tərəfindən inşa edilmiş bir layihədir. Türkiyənin ən böyük üçüncü limanıdır. Həmin limanın köhnə adı "Petlim” idi. İndi isə həmin liman "SOCAR Terminal” olaraq adlandırılacaq. Həqiqətən də qürur duyduğumuz layihədir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 238 23.03.19 21:19