Bakıda gecə qadın bir hərəkətilə hər kəsi qorxuya saldı – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |    

Bakıda gecə qadın bir hərəkətilə hər kəsi qorxuya saldı – VİDEO

Bu gecə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində 5 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Median.Az
xəbər verir ki, hadisə Asəf Zeynallı 31 ünvanında qeydə alınıb.


Sakinlərin Baku.ws-ə verdikləri məlumata görə, binanın birinci blokunda zirzəmidə qalan “bomj” qadın yanğını törədib. Belə ki, bir neçə gündür həmin zirzəmidə qalan qadın dəfələrlə orada isinmək üçün taxta və kağız yandırırmış. O, bir neçə dəfə zirzəmidə quraşdırılan su xətlərini də dağıdıb.

Bina sakinlərinin sözlərinə görə, qadın narkomandır və səhərlər blokun qabağında iynə ucluqları tapılır.

Bu gecə də “bomj” qızınmaq üçün zirzəmidə ocaq qalayıb. Ehtiyatsızlıqdan alovun miqyası böyüyüb və tüstülənmə ilə nəticələnən yanğın hadisəsi baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və polis çağırılıb. Hadisəni törədən qadın isə oradan qaçıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın dərhal söndürülüb. Araşdırma zamanı zirzəmidə quraşdırılan taxta yatağın və kağız parçalarının yandığı məlum olub.

Əraziyə gələn Binəqədi rayon Polis İdarəsi və 6-cı polis bölməsinin əməkdaşlar hadisə ilə bağlı lazımı ölçü götürüləcəyini bildiriblər.

Qeyd edək ki, hadisə zamanı zirzəmidəki su boruları dağılıb. Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Baku.ws-ə bildirdi ki, problem aradan qaldırılacaq.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 203 23.03.19 15:05