Piyadanı vurdu, hadisə yerindən qaçdı - AZƏRBAYCANDA » Median.Az News Agency


Piyadanı vurdu, hadisə yerindən qaçdı - AZƏRBAYCANDA
Kürdəmir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü yerli sakin Əmirov Elmurad Elgün oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. O, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          577 22.03.19 22:49