Dilənməklə gündə 800 dollar qazanır: Londonda mənzili var - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Dilənməklə gündə 800 dollar qazanır: Londonda mənzili var - FOTO

Britaniyalı evsizlər gündə 600 funt sterlinq (təxminən 800 dollar) qazanır. Bu haqda "Daily Mail" qəzetinə danışıblar.

Median.Az
Bizimyol.info-ya istinadən xəbər verir ki, məşhur nəşrin əməkdaşı iki evsizlə söhbətində bunları eşidib. Onlar heç də evsiz deyilmiş. Birinin Londonda, digərinin Datfordda mənzili var. Onlar etiraf edib ki, iş axtarmaqdansa dilənmək daha sərfəlidir.

Özünü Darren kimi təqdim edən dilənçi London küçələrində günə azı 100 funt sterlinq qazanır. Qazancı bəzən 600 funt sterlinqə çatır. İşin sonunda Darren evə qayıdıb yemək yeyir və duş qəbul edir. Küçədə dilənən zaman isə yoxsul görüntüsü yaratmaq lazımdır.

Darren etitaf edib ki, pabların yaxınlığında daha çox qazanmaq mümkündür. Çünki sərxoş adamlar çox səxavətli olur.

Digər dilənçi Ed Stafford bu iş sayəsində xeyli səyahət etdiyini bildirib. Böyük Britaniyanın bir çox şəhərlərində olub. Mançesterdə, Qlazqoda da yaxşı qazanmaq mümkündür. Amma ən çox pul London küçələrindədir.

Stafford danışır ki, bir "həmkarı" yarım saata 30 funt sterlinq qazanmağa bacarır. Bu isə oğlunu yaxşı təmin etməyə və iki yataq otağı olan mənzildə yaşamağa imkan verir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 245 22.03.19 18:24