20:28 Azərbaycanın tərəvəz toxumlarını hansı ölkələr alır?  |     20:19 İstehlaka yararsız qida məhsulları məhv edilib  |     20:14 Yasamalda ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edilib  |     20:08 Sabahdan bütün xarici vətəndaşların Azərbaycana hava yolu ilə giriş-çıxışına icazə veriləcək  |     20:00 İsveç - Azərbaycan: Hava şəraitinə görə stadionun dam örtüyü bağlanıb  |     19:42 Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək  |     19:39 Xızıda 58 yaşlı kişi döyülərək öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb  |     19:31 Bakıda istifadə müddəti bitmiş konservləşdirilmiş məhsullar məhv edilib  |     19:26 Bakı sakininin bank hesabından pul oğurlanıb  |     19:17 Nizami rayonunda 52 yaşlı qadını avtomobil vurub  |     19:09 Fransa Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb  |     19:03 Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib  |     18:48 İranda itkin düşən Azərbaycanlı gəncin anası: “Hazırda İrandayam, heç bir məlumat ala bilmirəm”  |     18:37 COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı  |     18:30 Netanyahu nümayişçiləri zorakılıqdan çəkinməyə çağırdı: “Biz qardaşıq”  |     18:20 Azərbaycanda baş həkim işdən çıxarıldı - FOTO  |     18:09 Saray-Novxanı yolunda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular  |     17:55 İstanbul sakinlərinə fırtına xəbərdarlığı edildi  |     17:31 Bakıda əyləncə parkındakı fontan dağılıb, uşaqlar üçün təhlükə yaranıb - FOTO  |     17:15 Məşhur “Formula-1” pilotuna qarşı irqçilik edən dünya çempionu cərimələndi  |    
Gələn aydan birinci qrup əlilliyi olan şəxslər Prezident təqaüdü alacaq
Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, hazırda ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.

25 fevral 2019-cu il tarixli sərəncamla aprelin 1-dən Prezidentin həmin aylıq təqaüdü sosial müavinət alan I qrup əlilliyi olan şəxslərlə yanaşı, əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödəniləcək.

Eyni zamanda, həmin təqaüdün məbləği gələn ayın əvvəlindən 73 manatdan 100 manata çatdırılacaq. Bununla yanaşı, I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə də sərəncamla aprelin 1-dən Prezidentin aylıq təqaüdü (50 manat) veriləcək.
Beləliklə, əmək pensiyası alan I qrup əlilliyi olan şəxsə də sosial müavinət alan I qrup əlilliyi olan şəxs kimi, aprelin 1-dən Prezidentin aylıq təqaüdü kimi 100 manat, həmçinin ona qulluq edən şəxs üçün də Prezidentin aylıq təqaüdü kimi 50 manat ödəniləcək.

Sərəncam ən həssas kateqoriyalardan olan 577 minədək vətəndaşı əhatə edir ki, onlardan 300 minə qədəri əlilliyi olan şəxslərdir.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 275 22.03.19 16:30