7 növ bitki dənindən hazırlanan qovurğa - REPORTAJ » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |    

7 növ bitki dənindən hazırlanan qovurğa - REPORTAJ

Baharın gəlişi ölkəmizin müxtəlif bölgələrində böyük sevinc və fərqli adət-ənənələrlə qarşılanır. Bu fərqlilik özünü bayram süfrəsi üçün hazırlanan təamlarda da göstərir.

Bayram süfrəsində bayram xonçasının olması vacibdir.


Xonçanın mərkəzində səməni, ailə üzvlərinin sayına uyğun şam, boyanmış yumurta, paxlava, şəkərbura, şorqoğalı və bayram çərəzləri qoyulur. Xonçaya qoyulanların üzərinə isə buğdadan hazırlanmış qovurğa səpilir. Əgər qovurğa sözünü ilk dəfə eşidirsinizsə, bilin ki, cənub bölgəsində, xüsusilə ilaxır çərşənbədə süfrələrə mütləq qovurğa hazırlanıb qoyulmalıdır.

Çərşənbədə yeddi növ bitki dənindən qovurğa qovururlar. Əsasən də buğda, qarğıdalı, noxud, günəbaxan tumu və küncütdən istifadə olunur.

Qovrulan qovurğa bərəkət rəmzidir ki, evdən bərəkət əskik olmasın, çörək, ruzi bol olsun. Novruz bayramının ən önəmli günü ilaxırçərşənbə hesab olunur. İnanca görə, həmin gün də hər kəs evində, ailəsi ilə bigrə olmalıdır. Əgər kimsə bayramı evində keçirməsə, 7 il doğma ocaqda bayram keçirmək ona qismət olmayacaq. Biz də sizlərə doğmalarınızla birgə xoşbəxt bayram keçirməyinizi arzu edirik, bayramınız mübarək!

Baku TV-nin hazırladığı sujeti təqdim edirik:


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 700 22.03.19 15:34