Ziya Məmmədov villasını 310 minə satışa çıxardı (FOTO/VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ziya Məmmədov villasını 310 minə satışa çıxardı (FOTO/VİDEO)

Sabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb. Sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub.

Median.Az
xəbər verir ki, musavat.com-un müxbiri Nardaranda olarkən kənd sakinlərindən öyrənib ki, sabiq nazir 3-4 ilə yaxındır ki, bu mülkünə baş çəkmir. Villaya nəzarəti isə son illərə qədər onun sürücüsü edirmiş. Z.Məmmədovun sürücüsünün də Nardaranda sabiq nazirin qonşuluğunda bağ evi var.Qəsəbədə olarkən qonşulardan onu da öyrəndik ki, sabiq nazirin ziyarət etmədiyi villasında əvvəllər mühafizəçi olsa da, son zamanlar heç kim gözə dəymir.


Demək olar ki, sabiq nazirin bu mülkü xarabalığa çevrilib. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi bu bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Nardaranda olarkən onu da öyrəndik ki, sabiq nazir qala divarlarını xatırladan hasarı olan, dəniz mənzərələri bu villasını çox ucuz qiymətə satışa çıxarıb. Məlumata görə, 310 min manat bu mülkün real dəyərindən ən azı 4 dəfə aşağıdır.

Onu da qeyd edək ki, sabiq nazir bir zaman bu kənddə öz qardaşı Nəriman Məmmədovla qonşu olub. Daha sonra Nəriman Məmmədov həmin bağ evini icra başçılarından birinə - Əhəd Abıyevə satıb. Bir neçə il əvvəl isə Əhəd Abıyev də həmin mülkü Masallıdan olan iş adamına satıb.

Sabiq nazirin haqqında danışdığımız mülkünün görüntülərini təqdim edirik:









скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 631 22.03.19 13:12