YAP rəsmisi: Yataqxanalarda yanğınların qəsdən törədilmə ehtimalı araşdırılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

YAP rəsmisi: Yataqxanalarda yanğınların qəsdən törədilmə ehtimalı araşdırılır

Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra, məcburi köçkünlərə onların istədiyi formada dəstək göstərilib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası İcra katibi-sədr müavini Əli Əhmədov bildirib.

Baş nazirin müavinin sözlərinə görə, həmin şəxslərə müvəqqəti yaşamaq üçün kompensasiya verilib:

“Binanın təmiri ilə əlaqədar işlər görülür. Eyni zamanda, binada baş verən yanğının səbəbləri ciddi şəkildə araşdırılır. Son bir neçə ayda bir neçə belə yanğının baş verməsi bizi iki mənada narahat edir.

Birincisi, bu yanğının nəticəsindən insanlar əziyyət çəkirlər. Axırıncı yanğında iki nəfər həlak oldu. Əlbəttə bu bizi üzür. Bizim bir narahatlığımız budur.

İkincisi, dörd dəfə yanğının baş verməsi bizi eyni zamanda başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı yanğın törətmə əməli olub, yoxsa yox”.

“Qısa bir zamanda bir neçə yanğının olması bizdə belə fikirlərin yaranmasına səbəb olur. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyir ki, hər hansı kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın”, - deyə baş nazirin müavini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 270 19.03.19 16:16