Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |    

Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır.

Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.

Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir.

Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!"скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 121 18.03.19 19:06