DJ Fatehə ittihamlar: “Böyük-böyük danışır” - Aparıcı cavab verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

DJ Fatehə ittihamlar: “Böyük-böyük danışır” - Aparıcı cavab verdi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Media FM-də yayımlanan “Manpası” verilişinin aparıcılarını tənqid edib.

T.Dadaşov bildirib ki, sözügedən verilişdə keçəl və kosa personajlarının guya dövrə, zamana uyğun olmadığı və ümumiyyətlə Novruz bayramının rebredinq olunması ilə bağlı fikirlər səsləndirilib.

“Novruz adətləri hansısa aparıcının tənqid edə biləcəyi mövzu deyil. Aparıcının efirdə bu cür sərbəstliyi, böyük-böyük danışması yolverilməzdir. Aparıcı zəhmət çəksin öz miqyasında olan məsələlərə münasibət bildirsin. Ümumiyyətlə bəzi aparıcılarda verilişlərinin reytinqinin gətirdiyi başgicəllənməsi hiss olunur”, - deyə Təvəkkül Dadaşov bildirib.

Məsələ ilə bağlı “Manpası” verilişinin aparıcısı DJ Fateh oxu.az-a açıqlama verib.

Bildirib ki, onun Novruz bayramının rebredinq olunması ilə bağlı fikirləri düzgün anlaşılmayıb:

“Təvəkkül Dadaşovun göstərdiyi münasibətə hörmətlə yanaşıram. Başqa bir şey deyə bilmərəm. Biz bərabər hüquqlu tərəflərdə deyilik. Təvəkkül müəllimin mənim işlədiyim radio üzərində ekspertiza və analitik rəy bildirmək kimi üstünlüyü var. Mənim onun söylədiyiklərinə hər hansısa bir fikir bildirmək üçün hüquqi əsasım yoxdur. Sadəcə Novruz bayramının rebredinq olunması ilə bağlı fikirlərim düzgün anlaşılmayıb.

Ona görə də belə bir reaksiya doğurub. O dediyim sözlərin bir qədər təhrif olunduğunu düşünürəm. Məhz bu təhrif də imkan verib ki, mən düzgün anlaşılmayım, sözlərim doğru yozulmasın”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 381 18.03.19 14:08