Azərbaycan hərbçiləri “NATO-Gürcüstan 2019” təlimində iştirak edir » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan hərbçiləri “NATO-Gürcüstan 2019” təlimində iştirak edir
Gürcüstanda “NATO-Gürcüstan 2019” təlimi başlayıb.

Apsny.ge portalının məlumatına görə, təlimdə 24 ölkə, o cümlədən Azərbaycan da iştirak edir.

Martın 29-dək davam edəcək təlimə 343 hərbi texnika və şəxsi heyət cəlb edilib.

Təlimlərdə məqsəd Gürcüstan Silahlı Qüvvələrinin, Şimali Atlantika İttifaqının və tərəfdaş ölkələrin birgə fəaliyyətini gücləndirməkdir.

Təlimlərdə həmçinin, “Non Article 5” alyansının böhranlara reaksiyası yoxlanılacaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 453 18.03.19 12:44