Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.

Bu haqda MedicalXpress nəşrində pres-reliz dərc olunub.

Tədqiqatçılar 29 615 nəfərin iştirakı ilə keçirilmiş 6 ayrıca araşdırmanın nəticələrini təhlil edib.

Könüllülər qəbul etdikləri qidalarla bağlı müvafiq anketi doldurub.

Sonradan onların səhhəti 31 il ərzində nəzarətdə olub. Məlum olub ki, gündəlik olaraq tərkibində xolesterin olan 300 milliqram qida qəbulu, ürək-damar xəstəlikləri riskini 17 faiz artırıb, erkən ölüm ehtimalı isə 18 faiz yüksək olub.

Bundan başqa həftədə 3-4 yumurta yeyənlərdə ürək-damara xəstəlikləri və erkən ölüm riski 8 faiz çox olub. Alimlər insanların bu riskləri aşağı salması üçün xolesterinlə zəngin qidalardan, o cümlədən yumurta və qırmızı ətdən az-az istifadə etməyi tövsiyə edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 334 18.03.19 11:55