Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayram ərəfəsində bu sərəncamın ikiqat əhəmiyyəti var - Əfv Komissiyasının üzvü

16.03.2019 20:22 3 759
Bayram ərəfəsində bu sərəncamın ikiqat əhəmiyyəti var - Əfv Komissiyasının üzvü
Ölkə prezidenti İlham Əliyev tərəfindən bu gün, martın 16-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın imzalanması humanizmin zirvəsi sayıla bilər.

Bu, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan humanizm, insanpərvərlik siyasətinin davamı, növbəti gözəl nümunəsidir.

Median.Az
oxu.az-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkilinin sözlərinə görə, məlum sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

"Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.

Eləcə də, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Bütövlükdə, əfv ərəncamı 431 nəfərə şamil olunacaq ki, bu da minlərlə insanın sevinci, öz əzizlərinə qovuşması deməkdir. Yəni, əfv sərəncamı təkcə bu 431 nəfərlə kifayətlənmir, həmin şəxslərin hər birinin ailəsi, övladları, valideynləri, qohum-əqrəbası var.

Bu da yüzlərlə ailə, minlərlə insan deməkdir. Bu sərəncam həm də həmin insanların sevincinə sevinc qatmış, onları öz yaxınlarına, əzizlərinə qovuşdurmuş olacaq. Minlərlə insanımızın üzü gülmüş olacaq.

Onu da deyim ki, əfv, humanizm siyasəti artıq illərdir ki, davam edir. Elə cəmi bir neçə ay öncə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 2018-ci ilin may ayında əfv sərəncamı imzalanmış və yüzlərlə insan əfv edilərək, azadlığına qovuşmuşdu.

Həm də bu humanizm siyasəti təkcə əfv sərəncamları ilə məhdudlaşmayıb.

Bildiyiniz kimi, keçmiş deputat həmkarımız- ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın da təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən bir neçə dəfə Amnistiya aktı qəbul edilmiş və bununla minlərlə, on minlərlə insan yenidən azadlğına qovuşmuşdur.

Bunlar hamısı da nəticə etibarı ilə Azərbaycanda ədalətin, humanizmin təntənəsidir.

Xüsusilə, xalqımız üçün çox əziz və əlamətdar anlardan biri olan Novruz bayramı ərəfəsində belə bir sərəncamın imzalanmasının xüsusi, ikiqat əhəmiyyəti, önəmi var.

İnsanların bayram sevinclərinin üstünə növbəti sevinc gəlmiş olacaq.

Odur ki, ölkə prezidentinə bu nəcib addımına, böyük humanizminə və insanpərvərliyinə görə minnətdarlığımızı bildirir, ona Azərbaycan naminə fəaliyyətində növbəti uğurlar arzu edirik", -deyə millət vəkili sözlərinə əlavə edib.

Son xəbərlər