Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi cərimə yazmağa saxladı, narkotik və silah tapıldı

16.03.2019 13:59 5 578
Yol polisi cərimə yazmağa saxladı, narkotik və silah tapıldı
Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Dövlət Yol Polisi əməkdaşları “VAZ 21011” markalı avtomobili inzibati qayda pozuntusuna görə saxlayıb.

Həmin vaxt maşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Polis Şöbəsinə aparılıb.

Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd kibrit qutusunda 8 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

İ. Qurbanovun həmin narkotik vasitəni Balakən şəhər sakini Abdulla Qallacovdan aldığı müəyyən edilib.

A. Qallacovun yaşadığı evə baxış keçirilən zaman oradan 805 qram qurudulmuş marixuana, həmçinin qanunsuz saxladığı 16 kalibrli qoşalülə ov tüfəngi də aşkar edilərək götürülüb.

O, ifadəsində həmin narkotik vasitəni yay aylarında rayonun Püştətala kəndi ərazisində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini bildirib.

Qeyd edilən əraziyə baxış keçirilən zaman 3 ədəd, ümumi çəkisi 185 qram olan çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər