Natavandan Aysel qalmaqalı ilə bağlı: Düşünmür ki, bədəli ağır olacaq... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Natavandan Aysel qalmaqalı ilə bağlı: Düşünmür ki, bədəli ağır olacaq...

"Oxuduğum kimi: Nələri yaddaşdan silmədi ki bu illər... Tamaşaçının indi dağ başına qaldırdığı starların, bir çoxları üçün kumir olanların elə yaşananlar, elə səhvlər və hərəkətləri unudulub ki... Söhbət heç tək bizim sənətçilərimizdən getmir, dünya ulduzlarının həyatlarında da çətin məqamlar yaşanıb, amma sonu nədir?"

Median.Az
axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Natavan Həbibi həmkarı Aysel Əlizadə haqda yayılan iddialar barədə deyib. İfaçı İnstaqram hesabında baş verənlərlə bağlı fikirlərini bölüşüb:

"Reklam və gündəmdən başqa bir şey deyil. İnsanlar 3-4 gün danışıb, yeni mövzu ortaya çıxana qədər vaxtlarını doldurub başını qatarlar sadəcə. Çünki hərənin öz dərdi, problemi və özəl həyatı var. Və təbii ki, səhvsiz insan yoxdur. Kimsə böyük danışmasın.

Başqasının sirrini, özəlini açan hələ xeyir tapmayıb. İnsan özünü və uşaqlarını düşünsə, heç ağzını açmaz, amma heyiflər olsun ki, bir çoxları sadəcə danışmaq üçün danışır. Düşünmür bunun bədəlinin nə qədər ağır olduğunu.

Nəticədə, olan sənətçiyə və onun ailəsinə olur. Amma o da çətin olsa da, yenə unudulur. Demək istədiyim odur ki, hər bir halda çox da dərinə getməyin. Kimin günahı var, özü bilər".

Qeyd edək ki, Turanə Nəcəfova adlı qadın "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və 13 illik ailəsini dağıtdığını iddia etmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 308 15.03.19 22:31