Azərbaycanda infeksion xəstəliklərdən üç məhkum ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |     14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |     13:40 DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  |     13:38 Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:35 Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub  |     13:34 Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır  |    

Azərbaycanda infeksion xəstəliklərdən üç məhkum ölüb

Hava-damcı yolu ilə keçən xəstəliklərin qarşısının alınması üçün bağçalarda, ictimai iaşə müəssisələrində işləyən şəxslərə çox ciddi tibbi nəzarət həyata keçirilməlidir.

Bunu Milli Məclisdə (MM) “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmədə çıxış edən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev deyib.

Penitensiar müəssisələrdə vərəmlə mübarizə ilə bağlı əldə olunan nəticələrin yüksək olduğunu deyən R.Mehdiyev qeyd edib ki, 2018-ci ildə penitensiar müəssisələrdə vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 126, 2005-ci illə müqayisədə 11, 2015-ci illə müqayisədə iki dəfə az olub.

R.Mehdiyevin sözlərinə görə, bu il nazirliyin ixtisaslaşmış müalicə müəssisəsində həm vərəm, həm hepatit, həm də İİV virusuna yoluxmuş üç məhkum dünyasını dəyişib.

“Cəzaçəkmə müəssisələrində həm vərəm, həm də hepatit olan kontingentə rast gəlinir. Bu halda mübarizə aparmaq daha çətin olur. Biz bu xəstəliyin hər ikisi ilə mübarizə aparmalıyıq. Biz vərəm və İİV-lə mübarizə ilə bağlı beynəlxalq layihələr vasitəsilə əlavə vəsait cəlb edə bilirik, amma hepatitlə bağlı buna nail ola bilmirik”, - deyə o əlavə edib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 013 14.03.19 17:47