Qırğızıstan-Tacikistan arasında silahlı insident » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |    

Qırğızıstan-Tacikistan arasında silahlı insident

Tacikistan-Qırğızıstan sərhədində beynəlxalq münaqişə yaşanmaqdadır. Münaqişənin Qırğızıstanın Batken vilayətinin cənub-qərb hissəsindən keçən yolun inşası ilə bağlı düşən mübahisədən qaynaqlandığı bildirilir.

Bu barədə Lenta.ru məlumat yayıb.

Toqquşma Qırğızıstandan olan fəhlələrin Fərqanə vadisində yerləşən Vorux tacik anklavından keçən yolun inşasını bərpa etməyə çalışmasından sonra yaşanıb. Sözügedən anklavda 30 minə yaxın etnik tacik yaşayır.

Hər iki tərəfdən onlarla insan bir-birini daş atəşinə tutub. Toqquşma nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Sonradan qarşıdurma daha da kəskinləşib. Tacikistan rəsmiləri bir nəfərin güllələndiyini bəyan edir. Qırğızıstan tərəfi də xəstəxanaya güllə yarası ilə zərərçəkənlərin daxil olduğunu təsdiqləyib.

Münaqişənin gərginləşməsinin qarşısını almaq üçün tikinti yerinə hər iki ölkənin sərhəd-mühafizə xidmətinin əməkdaşları səfərbər olunub. Tacikistan və Qırğızıstan rəsmiləri məsələni yoluna qoymaq üçün İsfar şəhərində danışıqlar aparır.

Qeyd edək ki, Qırğızıstan, Özbəkistan və Tacikistan Sovet İttifaqı dağılandan bəri Fərqanə vadisindən keçən sərhəd xətləri ilə bağlı orta məxrəcə gələ bilmir. Sözügedən bölgədə bir neçə etnik qrup yaşayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 652 14.03.19 16:36