Əməkdar artist problemlərin burulğanında: nə ev var, nə maşın, nə də ki pul » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Əməkdar artist problemlərin burulğanında: nə ev var, nə maşın, nə də ki pul

Azərbaycanın tanınmış teleaparacısı Zaur Baxşəliyevin "Zaurla günaydın" verilişində əməkdar artist Mehriban Xanlarovanın maşında yaşadığı barədə dedikləri sözlər sosial şəbəkələrdə gərgin müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan-ın müxbiri aktrisa ilə əlaqə saxlayaraq soruşub ki, həqiqətən də hazırda onun maddi durumu bu dərəcədə pisdir?

Aktrisa bildirib ki, hazırda həyatının ən çətin anlarını yaşayır. O, uzun illər öz sənəti sayəsində halal yolla qazandığı pulların hesabına dolanıb. Onun sözlərinə görə, hazırda onun böyük maddi problemləri var və bu barədə bütün Azərbaycan xalqı bilir.

"Bu proqramın qonağı olaraq öz problemlərimdən danışmaq istəmədim. Hər dəfə bu barədə danışmağın nə mənası var? Hər şey hamıya gün kimi aydındır. Zaur haradansa eşidib ki, mən maşında yaşayıram. Amma bu, əslində belə deyil. Mənim heç avtomobilim yoxdur ki, orada yaşayam, orada gecələyəm. Əgər mənim maşınım olsa, onu satıb özümə kiçik bir mənzil alaram" – deyə Xanlarova bildirib.

Hazırda əməkdar artistin nə evi var, nə maşını, nə də ki, pulu. Amma bu vəziyyəti onu qətiyyən narahat etmir və buna görə xəcalət çəkmir.

"Hesab edirəm ki, bu, həyatdır. Həyatda isə yaxşı vaxtlar da olur, çətin vaxtlar da" – deyən aktrisaya kömək lazımdır. Amma o, kömək üçün heç kəsə müraciət etmək niyyətində deyil.

Xanlarova inanır ki, çətin dövrlər tezliklə arxada qalacaq. Ona maddi problemlərini tezliklə həll etmək lazımdır. Çünki o, təkcə özünü dolandırmır, böyük bir ailə də ona baxır.

Mehriban Xanlarova artıq uzun illərdir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisasıdır. O, həmçinin "Bircəciyim", "Sahilsiz gecə", "Sonuncu arzu", "Bomba", "Biz qayıdacağıq", "Kənar adamlar", "Məhkumlar" və bir çox digər filmlərdə çəkilib.

Qeyd edək ki, Mehriban Xanlarova SSRİ Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 410 13.03.19 20:55