Zirəddin Rzayev Filipp Kirkorovdan "hamilə" qalan qadın haqda: Öldürülməyib... » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |    

Zirəddin Rzayev Filipp Kirkorovdan "hamilə" qalan qadın haqda: Öldürülməyib...

Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın xalq artisti Filipp Kirkorovdan üçüzə hamilə olduğunu iddia edən və doğuş üçün ondan 200 min dollar tələb edən 53 yaşlı moskvalı Svetlana Safiyevanın ölümünün üstünü açıb.

Ekstrasens qadının ölümü ilə bağlı öz versiyasını "Rossiya 1" telekanalında yayımlanan "Andrey Malaxov. Birbaşa efir" verlişinin efirində səsləndirib.

Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, verilişin həmin buraxılışı kanalın Youtube sosial şəbəkəsindəki rəsmi saytında yerləşdirilib. Rzayev hətta Safiyevanın qəbrini də ziyarət edib.

"Onu heç kəs öldürməyib. O, insultdan ölüb. Amma Safiyeva ölməli deyildi. Əgər sağlamlığının qayğısına qalsaydı, yaşayacaqdı" - deyə Rzayev bildirib.

Xatırladaq ki, 2018-ci ilin noyabrında Svetlana Safiyeva Andrey Malaxovun verlişində bəyan etmişdi ki, üçəmə hamilədir və onun uşaqlarının atası Filipp Kirkorovdur. Qadın Rusiya estradasının kralından doğuş üçün 200 min dollar pul tələb edib. Amma sonra məlum olub ki, onun hamiləliyi yalandır. USM zamanı qadının qarnındakının üçəm yox, bol miqdarda toplanmış qarın piyi olduğu müəyyən edilib.

Zirəddin Rzayev azərbaycanlı ekstrasens, öncəgörən, "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 967 12.03.19 21:37