Sabah Sumqayıt və Abşeronun bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |    

Sabah Sumqayıt və Abşeronun bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

Martın 13-də Sumqayıt və Abşeronun bir hissəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Sumqayıt şəhəri 12-ci mikrorayon Koroğlu küçəsində yerləşən ərazidə məcburi köçkünlər üçün inşa edilmiş, 1088 mənzilli yaşayış kompleksinə çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 23-cü km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar, 13 mart 2019-cu il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonu Xırdalan şəhəri, Ceyranbatan, Saray, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək, Çiçək, Müşviqabad və 28 May qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 227 12.03.19 20:50