Daha bir ölkə “Boeing”dən imtina etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |    

Daha bir ölkə “Boeing”dən imtina etdi

Sinqapurun Mülki aviasiya İdarəsi Efiopiyada baş verən aviaqəzadan sonra “Boeing 737 MAX” sərnişin təyyarəsinin istismarını müvəqqəti olaraq dayandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, qurum “737 MAX” laynerinin iştirakı ilə bu yaxınlarda baş vermiş qəzalarla bağlı narahatdır və buna görə adıçəkilən modeldən olan “Boeing” təyyarələrinin uçuşuna məhdudiyyət qoyub.

Məhdudiyyətin martın 12-də qüvvəyə mindiyi bildirilir.

Sinqapurun Mülki Aviasiya İdarəsinin mütəxəsisləri hazırda “Boeing” təyyarələri ilə bağlı mümkün risklər üzrə məlumat toplayır.

Xatırladaq ki, bir gün əvvəl (11 mart) Çin, Efiopiya və Böyük Britaniya analoji addımı ataraq sözügedən modeli istismardan çıxarmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 134 12.03.19 11:39